Ağrı Qaradağlı İranda prezident seçkiləri barədə

Güney Azərbaycan Milli Oyanış Hərəkatının Azərbaycan üzrə təmsilçisi Ağrı Qaradağlı İranda prezident seçkilərində iki nəfər hazırkı hakimiyyət tərəfdarının və üç islahatçıları təmsil edən şəxsin namizədliyini irəli sürdüyünü deyib.

O hesab edir ki, Amerika-İran münasibətləri liberallaşarsa islahatçıların seçkilərdə qalib gəlmək şansı artacaq.

Cənab Qaradağlının dediyinə görə, hazırda prezidentliyə namizədliyini irəli sürmüş 5 liderdən 2-si azərbaycanlıdır.. Onların hər ikisinin ölkədə və xüsusilə azərbaycanlı seçicilər arasında yüksək reytinqi var.

Ekspert eyni zamanda, indiki rejimdə kimin prezident seçilməsindən asılı olmayaraq ölkədəki milli mədəniyyətlərə hökumətin münasibətinin dəyişməyəcəyini güman edir.

“Milli mədəniyyətlərlə bağlı problemlər prezidentlərdən deyil, dini rejimdən qaynaqlanır” - deyə o qeyd edib.