İndiki Rusiya, Gürcüstan, Türkiyə, Ermənistan, İran və Azərbaycan ərazisində azərbaycanlılar soyqırıma məruz qalıb

Tarixçi alim Cəmil Həsənli 1918-ci ildən başlayaraq İndiki Rusiya, Gürcüstan, Türkiyə, Ermənistan, İran və Azərbaycan ərazisində azərbaycanlıların soqırıma məruz qaldığını bildirib. Onun sözlərinə görə, 1918-ci ilin mart-aprel aylarında erməni hərbi birləşmələri tərəfindən yüz minlərlə azərbaycanlı milli və dini mənsubiyyətinə görə qəddarcasına qətlə yetirilib. Alim bildirib ki, soyqırım hadisələri ilə bağlı Rusiya, Azərbaycan, Gürcüstan və Türkiyə arxivlərində on minlərlə sənəd tədqiq olunub.