Azərbaycanın ANS teleradiosuna lisenziya verilib

Milli Teleradio Şurasının bugünkü iclasında ANS telekanalının tezliklərinə elan edilən tenderin nəticələri elan edilib. Digər namizədlər olmadığı üçün Milli Teleradio Şurası ANS-i tenderin qalibi elan edib. Xatırladaq ki, ANS-in yayımı 2006-cı il noyabrın sonunda dayandırılmışdı, yayım üçün kompaniyanın lisenziyası isə hələ 2005-ci ildə sona çatmışdı. Yayımın dayandırılmasına qoyulan qadağaya səbəb kimi MTRŞ kanalın «Teleradio yayımı haqqında» qanunu pozmasını, cərimələri ödəməməsini və ANS rəhbərliyinin Milli Teleradio Şurasının xəbərdarlıqlarına əhəmiyyət verməməsini göstərirdi.