İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Azərbaycan Milli İstiqlal partiyasının bir qrup fəalı İranın Azərbaycandakı səfirliyi qarşısında İranda yaşayan azərbaycanlıların hüquqlarının müdaifəsi şüarları ilə piket keçirməyə cəhd edib. Cəhdin qarşısı polis tərəfindən alınıb və 10 nəfər saxlanıb. AMİP-in təbliğat məsələləri üzrə katibi Əli Orucov piketin baş tutduğunu və etirazçıların şüarlarını qaldırdığını bildirib. Digər iştirakçısı Nüşabə Bədəlzadə etiraz aksiyalarının gələcəkdə də davam etdirilcəyini deyib. O Cənubi Azərbaycanda yaşayan insanların problemlərinin benyəlxalq ictimaiyyətin diqqətinə çatdırmağın vacibliyini diqqətə çatdırıb. Xanım Bədəlzadə hesab edir ki, İran qapalı dövlət olduğundan orada baş verənləri mətbuat dünya ictimaiyyətinə çatdıra bilmir.