Azərbaycan Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq xidmətinin rəhbəri İsmayıl Həsənov yaxın günlərdə Afrika taunu xəstəliyi qeydə alınmış Qəbələ rayonunun Nic kəndində 4900-dən çox donuzun hamısının məhv ediləcəyini bildirib. Onun sözlərinə görə, indiyədək 4800 donuz məhv edilib.
Cənab Həsənov eyni zamanda bu il ölkədə quş qripi qeydə alınmadığını deyib.