Aclığın 20-ci günündə daha bir gənc Turan Əliyev ağır vəziyyətdə xəstəxanaya köçürülüb. Onun qan təzyiqi aşağı düşüb, qara ciyərlərində və böyrəklərində problemlər yaranıb. 20 gün aclığa tab gətirən Namiq Feyziyevin vəziyyəti də ağır olaraq qalır. Ona bu gün bir neçə dəfə həkimlər yardım göstərsə də ağırları keçməyib. Namiq zəifləyib, taqətdən düşüb, ayağa qalxa bilmir. Baş gicəllənməsi, ürək və qarın nahiyələrindəki kəskin ağırlardan əziyyət çəkir.
Bir qrup gəng ötən il dekabırn 28-dən başlayaraq iki tələbənin universitetlərdən siyasi motivlərlə xaric edilməsinə etiraz olaraq aclıq keçirir. Beynəlxalq təşkilatlar, yerli hüquq müdafiəçiləri, çoxsaylı ziyalılar, gənclər təşkilatları hökuməti onların təhsil hüququnun bərpasına çağırsa da məsələ həllini tapmayıb. İndiyədək üç nəfərin ağır vəziyyətdə xəstəxanalara yerləşdirilməsinə baxmayaraq aksiya yenə də davam etdirilir. Yanvarın 14-də isə "Yeni Fikir" Gənclər Birliyinin fəalı Tural Xəlilov aclıq edənlərə qoşulub. O aclığa başlamasını insanların hüquqlarının pozulmasına qarşı vətəndaş etirazınını nümayişi olduğunu bəyan edib.
Bu gün ABŞ, Böyük Britaniya, Norveç səfirliklərinin və ATƏT-in Bakı ofisinin təmislçiləri bir daha aclıq edənlərə baş çəkib. ABŞ səfirliyinin insan hüquqları üzrə müşaviri Pol Veyn bildirib ki, diplomatlar gənclərin səhhətinin pisləşməsini eşidərək gəlib. «Ümid edirik ki, onların problemi yaxın gələcəkdə həll olunacaq və biz bir daha belə hallarla üzləşməyəcəyik».