ABŞ-da prezident seçkilərinin nəticələri Azərbaycan-ABŞ münasibətlərinə təsir etməyəcək

Azərbaycan Demokratik İslahatlar partiyasının sədri Asim Mollazadə hesab edir ki, ABŞ-da prezident seçkilərinin nəticələri iki dövlətin münasibətlərinə təsir etməyəcək. Onun fikrincə, hansı namizədin prezident olmasından asılı olmayaraq Azərbayca-ABŞ münasibətləri inkişaf edən xətlə davam edəcək. Cənab Mollazadə eyni zamanda seçkilərinin nəticələrinin siyasətlərə müəyyən korrektələrin edilməsinə səbəb olacağını da düşünür.