ABŞ Kəşfiyyat idarəsinin direktoru Azərbaycanda səfərdə olub

AzərTAc dövlət agentilyinin məlumatına görə, Amerika Birləşmiş Ştatları Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Maykl Haydn bir neçə ölkəyə səfəri çərçivəsində sentyabrın 27-də Azərbaycanda olub. Səfəri zamanı Maykl Haydn Azərbaycan Prezident İlham Əliyev və milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşlər keçirib. Görüşlərdə ikitərəfli faydalı məsləhətləşmələr aparılıb, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və kəşfiyyat məlumatlarının mübadiləsi məsələləri müzakirə olunub.