ABŞ və Azərbaycan hökumətləri onuncu illik ikitərəfli təhlükəsizlik dialoquna dair birgə bəyanat yayıb 

ABŞ və Azərbaycan hökumətləri onuncu illik ikitərəfli təhlükəsizlik dialoquna dair birgə bəyanat yayıb Sənəddə deylir ki, ABŞ hökuməti və Azərbaycan hökuməti iyulun 9-10-u Vaşinqtonda 10-cu illik ikitərəfli təhlükəsizlik dialoqu keçirib. ABŞ nümayəndə heyətinə Dövlət Departamenti katibinin siyasi-hərbi məsələlər bürosu üzrə yardımçısının səlahiyyətlərini icra edən Stifen D.Mall və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısının müavini Mətyu Brayza, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin muavini Araz Əzimov başçılıq edib. Nümayəndə heyətləri təhlükəsizliklə bağlı səlahiyyətə malik yüksək rütbəli nümayəndələrdən ibarət olmuşdur. ABŞ Dövlət Departamentinin bir neçə bürosundan, Müdafiə Departamenti, Daxili Təhlükəsizlik və Xəzinədarlıq Departamentindən nümayəndələr iştirak etmişlər. Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər, Milli Təhlükəsizlik, Müdafiə, Fəvqəladə Hallar, Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndələri olub. «ABŞ hökuməti və Azərbaycan hökuməti milli təhlükəsizliklə əlaqədar çoxlu sayda maraqları paylaşır. Təhlükəsizliyə görə məsuliyyət təkcə hərbiyyəninin üzərinə düşmür: uzunmüddətli təhlükəsizliyin təmin olunması üçün demokratikləşdirmə müstəsna əhəmiyyətə malikdir. Amerika hökuməti Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sədaqətlidir və bütün üç şərik siyasi prioritet sahəsində irəliləyiş görmək istərdi: təhlükəsizlik əməkdaşlığı, enerji əməkdaşlığı, siyasi və iqtisadi islahatlar yolu ilə demokratiyanın inkişaf etdirilməsi». Bəyanata görə, iki ölkə terrorizm əleyhinə əməkdaşlıq, su və sərhəd təhlükəsizliyi proqramları, silahların yayılmasının qarşısının alınması sahəsində narahatlıq, raketdən müdafiə, mühüm energi infrakstruktur müdafiəsi, Azərbaycanın NATO ilə münasibətləri və əlaqədar təhlükəsizlik sektorunda islahatlar, Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM-da hazırki sədrliyi də daxil olmaqla, geniş sayda milli və regional təhlükəsizlik məsələlərinə dair məsləhətləşmələr apardıq və növbəti addımlar barədə razılığa gəlib. «İkitərəfli təhlükəsizlik dialoqu nəticəyönümlü forumdur ki, bizim təhlükəsizlik əməkdaşlığımızın gücləndirilməsinə xidmət edir. Biz bu gün müzakirə olunmuş vacib məsələləri davam etdirmək üçün çeşidli icra yolarından istifadə edəcəyik». Növbəti görüş 2008-ci ilin iyulunda keçiriləcək.