Türkiyə prezidenti Abdullah Gül ilə Azərbaycan prezidenti İlham Əliyevə arasında telefon danışığı olub. Danışıqlar barədə geniş məlumat verilmir.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, prezident Gül Türkiyə-Ermənistan arasında aparılan danışıqlar barədə cənab Əliyevə məlumat verib.
Azərbaycan prezidenti isə məsələ ilə bağlı Azərbaycan dövlətinin mövqeyini Türkiyə prezidentinə çatdırıb.