Kürd regional parlamenti özünün ilk sessiyasını keçirib - 2005-06-04

İraqda Kürd regional parlamenti bu gün ümummilli konstitutsiyanı müzakirə etməkdən ötrü özünün ilk sessiyasını keçirib. 111 üzvlük Məclis İrbil şəhərində yanvar ayındakı seçkilərdən bəri birinci dəfədir ki, iclas keçirir. Nümayəndələr Məclisə spiker və spiker müavini seçəcəklər. Bu arada İraq polisinin verdiyi məlumata görə dünən bir intiharçı Tikritdə yerləşən Amerika hərbi bazası yaxınlığında özünü partladaraq 5 adamın ölümünə bais olub. Rəsmilərin dediyinə görə Kərkük şəhərində bir türkmən dövlət nümayəndəsi öldürülüb.