«Azərbaycan prezidenti İlham Əliyevlə görüşümdə seçkilərin şəffaf, ədalətli və demokratik keçirilməsnin əhəmiyyətini, demokratiya və təhlükəsizlik məsələlərini müzakirə etdik. ABŞ Azərbaycanda açıq və ədalətli seçkilərin keçirilməsini dəstəkləyir". Bu barədə ABŞ Senatoru Çarlz Hegel Azərbaycan prezidenti ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib. Senatorun sözlərinə görə, Azərbaycan prezidenti ilə təhlükəsizlik, demorkratiya, enerji məsələləri ətrafında da fikir mübadiləsi apırıb. «ABŞ-la Azərbaycan arasındakı əməkdaşlıq bir sıra prioritet sahələri əhatə edir. Heç şübhəsiz ki, təhlükəsizlik, geosiyasi vəziyyət və iqtisadi inkişaf məsələləri bu münasibətlərdə əsas yer tutur»-deyə o qeyd edib. O Azərbaycana prezidentinə qlobal terrorizmə qarşı mübarizədə, Əfqanıstanda, İraqda və Kosovada ABŞ-la etdliyi əməkdaşlığa görə təşəkkürünü bildirib. Senator ABŞ hökumətinin qeyri-demokratik öləkələrlə əməkdaşlığı məsələsinə də toxunub. "Biz hər hansı ölkəyə kənardan demokratiya gətirə bilmərik. Ona görə də, demokratik olmayan ölkələrlə əməkdaşlıq edirik. Ukrayna buna bir misaldır. ABŞ-ın xarici siyasət kursunun aparıcı xətti budur ki, əməkdaşlıq çərçivəsində sərbəst hökumətlərin qurulmasına kömək edilsin"-deyə cənab Hegel vurğulayıb. O, Azəbaycanda sərbəst toplaşmaq azadlığının reallaşmasına imkan verilməməsi ilə bağlı sualın cavabında, - "ABŞ xalqı insanların sərbəst toplaşmaq azadlığını dəstəkləyir", - deyə bildirib. «ABŞ dünyada azad və ədalətli seçkildəri dəstəkləyir. Amerika xalqı sərbəst toplaşmaq hüququnu reallaşdırmağa cəhd edən insanların həbs edilməsinin əleyhinədir". Ç. Hegel həmçinin ümid edir ki, hökumət müxalifətin 4 iyunda keçirəcəyi mitinqə icazə verəcək. "İnsanların sərbəst toplaşması, fikrini azad ifadə etməsi və mətbuat azadlığı vacib məsələlərdir "-deyə senator vurğulayıb. Senatorun fikrincə, Rusiyanın köməyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olmaq mümkündür. "Azərbaycan və Ermənistan prezidentəlirinin Varşava görüşü həvəsləndirici xəbərdir. ABŞ məsələyə kömək etmək istəyir və Rusiyanın köməyilə münaqişə həllini tapa bilər"-deyə o qeyd edib. Cənab Hegel Gürcüstanla Rusiyanın hərbi bazaların çıxarılması ilə bağlı razılığa gəlməsini xoş xəbər adlandırıb. "Gürcüstandan çıxarılan silahlar Ermənistanda yerləşdirilərsə, bu ciddi həyəcan doğuracaq. Heç bir müstəqil dövlətin ərazisində region üçün təhlükə törədə biləcək silah və sursat olmamalıdır". Cənab Hegel Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışını region üçün böyük hadisə adlandırıb.«ABŞ BTC layihəsində iştirakdan fəxr duyur. Biz son doqquz ildə BTC layihəsinin güclü tərəfdarı olmuşuq və kəməri region xalqlarının varlanması üçün bir vasitə hesab edir»-deyəç o qeyd edib.