Səudiyyə Ərəbistanı kralının vəziyyətinin sabit olduğu bildirilir - 2005-05-28

Səudiyyə Ərəbistanının rəsmiləri kral Fəthin vəziyyətinin sabit olduğunu bildirirlər. Dünən kralı müayinə etmək üçün xəstəxanaya aparmışdılar. Kralın ailəsi kralın xəstəliyi barədə məlumat verməyib. Lakin rəsmilər deyirlər ki, ehtimala görə kral sətəlcəm xəstəliyinə tutulub. Kralın xəstəliyi haqqında verilən məlumatdan sonra dünya bazarlarında neftin bir barel qiyməti 52 dollara yüksəlib. Bu gün Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasının zirvə toplantısı açılıb. Vəliəhd Abdulla toplantıda iştirak edir. O, Kral Fəth xəstələndikdən sonra krallığın gündəlik işlərinə rəhbərlik edir.