Qars-Axalkalaki-Tbilisi-Bakı yeni birləşdirici dəmir yolu xətti barədə bəyannamə imzalanıb - 2005-05-25

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi ilə bağlı keçirilən təntənələr zamanı Azərbaycan, Türkiyə, Gürcüstan dövlət başçıları Qars-Axalkalaki-Tbilisi-Bakı yeni birləşdirici dəmir yolu xəttini barədə bəyannamə imzalayıb. Eyni zamanda Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstanın xarici işlər nazirləri və ABŞ-ın energetika naziri Xəzər neftinin Bakı-Tbilisi-Ceyhan neft kəmərilə nəqlinə dair Bakı Bəyannaməsinə imza atıb. Prezident İlham Əliyev həm Bakı Bəyannaməsinin, həm də böyük strateji önəm daşıyan Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yol xəttinin strateji əməkdaşlıq meyllərini daha da gücləndirəcəyinə əmin olduğunu bildirib. Yeri cəlmişkən xatırladaq ki, Kars - Tbilisi - Bakı beynəlxalq dəmir yolu dəhlizinin yaradılması layihəsi çərçivəsində uzunluğu 98 m olan -68 km Türkiyə və 30 km Gürcüstan ərazisində Kars - Axalkalaki dəmir yolunun tikintisi, eləcə də Axalkalaki-Tbilisi dəmir yolunun reabilitasiyası nəzərdə tutulur. İlkin qiymətləndirmələrə görə, layihənin dəyəri 400 mln dollara yaxındır. Layihənin həyata keçirilməsi məqsədi ilə Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat idarələrinin təmsilçilərindən ibarət işçi qrupu yaradılıb.