Rusiya bildirib ki, Sovet İttifaqı İkinci dünya müharibəsindən sonra Baltikyanı ölkələri onların iddia etdiyi kimi, zorakılıqla deyil, qarşılıqlı razılıq əsasında öz nəzarəti altına alıb. Kremlin Avropa məsələləri üzrə nümayəndəsi deyib ki, Estoniya, Litva və Latviya Sovet qoşunları bu ölkələrə özləri dəvət ediblər. Baltikyanı ölkələr Rusiyanı bu ölkələrdə əlli il hökm sürmüş sovet işqalını məhkum etməyə çağırır. Prezident Buş Avropada İkinci Dünya müharibəsinin başa çatmasının 60-cı il dönümü münasibətilə keçiriləcək mərasimlərdə iştirak etmək üçün Moskvaya getməzdən əvvəl şənbə günü Baltik ölkələrinin liderlərilə görüşəcək. Ağ Evin nümayəndəsi isə bildirib ki, İkinci Dünya müharibəsinin başa çatmasından sonra Baltikyanı ölkələr işqal olub kommunist təzyiqlərinə məruz qalmışlar və prezident çıxıölarında həmin ölkələrin tarixinin bu acı dövrü haqda danışacaq.