İsveçrə polisi ABŞ rəsmilərinin çirkli pulların yuyulması və fırıldaq ittihamları ilə axtarışını elan etdiyi Rusiyanın keçmiş atom enerjisi nazirini həbs edib. Berndə İsveçrənin Ədliyyə nazirliyinin rəsmiləri bildiriblər ki, polis Yevgeni Adamovu həbs edərkən ABŞ-ın müraciəti əsasında fəaliyyət göstərib. Yevgeni Adamovun təhvil veirlməsilə bağlı Berndə dinləmələrin keçiriləcəyi gözlənilir. Rəsmilər cənab Adamovun qızının biznes məsələlərilə əlaqədar İsveçrədə olduğu hqda verilmiş məlumatları təsdiqləyiblər. Birləşmiş Ştatların rəsmiləri cənab Adamovu 1990-cı illərdə Amerikanın nüvə obyektlərində təhlükəsizliyin gücləndirilməsi üçün Moksvaya ayırdığlı milyonlarla dolları mənimsəməkdə ittiham edirlər. Yevgeni Adamov 1998-2000-ci illər arasında Rusiyanın atom enerjisi naziri olmuşdur.