Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinənin şəxsiyyəti müəyyən edilib  - 2005-05-03

Benyəlxalq Mətbuat azadlığı günündə əsas müzakirə mövzularındlan biri də Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı olub. Elmar Hüseynov bu il martın 2-də evinin astanasında odlu silahla qətlə yetirilib. Bu gün jurnalitlər və ictimaiyyətin nümayəndələri Elmar Hüseynovun xatirəsini anım mərasimi keçirib. Turan İnformasiya Agentilyinin direktoru Mehman Əliyev Elmar Hüseynovun qətlini jurnalistləri qorxutmaq aktı kimi dəyərləndirib. Norveçin Azərabycandakı səfiri Steynar Gil jurnalistləri tarixin ön cəbhəsindəki mübarizlər adlandırıb və bu mübarizənin təqibsiz, həbssiz və ölümsüz ötüşmədiyini deyib. «Azadlıq üçün mübarizə aparmaq lazımdır. Bu mübarizə aparılıb, aparılır və gələcəkdə də aparılacaq. Ön cəbhədə gedənlər ən mübarizlər və ən səimimilər olur və onlar həlak olur. Bu il də 22 ön cərgədə gedən mübariz jurnalist həlak olub. Ancaq bir jurnalistin qətli belə demokratik dünya üçün çoxdur»-deyə o qeyd edib. Mətbuat Şurasının sədri Əflatun Amaşov Elmar Hüseynovun mübariz jurnalist irsinin qorunub saxlanmasını vacib sayır. Onun fikrincə, hökumət mübariz jurnalistlərin qorunmasında maraqlı olmalıdır. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu E.Hüseynovun qətlinin üsütünün örtülməsi prosesinin getdiyini deyib və bu qətliin sifarişçisinin indiki hakimiyyətdə olduğunu bildirib. O, qətlin üstünün açılması üçün Türkiyə və ABŞ ekspertəlrinin yenidən ölkəyə dəvət olunmasını təklif edib. Öz növbəsində Azərbaycan Prezidentinin icra aparatının rəhbəri Ramiz Mehdiyev Elmar Hüseynovun qətlinin açılmasında hökumətin çox maraqlı olduğuqn bildirir. Baş Prokuror Zakir Qaralov isə «Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlilə bağlı cinayət işinin Azərbaycan prezidentinin gündəlik nəzarətində olduğunu deyib. Onun sözlərinə görə, hazırda çox ciddi istintaq əməliyyat tədbirləri davam etdirilir. Son məlumatlara görə isə özünün Vüysal imi təqdim etmiş şəxsin şəxisitini istintaq orqanları müəyyənləşdirib. Baş Prokurorluğun, daxili işlər və milli təhlükəsizlik nazirliklərinin birgə məlumatında deyilr ki, Vüsal adlı şəxsin Gürcüstan vətəndaş Tahir Xubanov olduğu təsdiqlənib.«Cinayətin törədilməsində şübhəli bilinən Tahir Xubanov hadisədən sonra Azərbaycanı tərk edib. Hazırda onun barəsində axtarış elan olunub, tezliklə tutulması, həmçinin terror aktında iştirak etmiş bütün şəxslərin dairəsinin və cinayətin motivlərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətələri və əməliyyat axtarış tədbirləri həyata keçirilir»-deyə xəbərdə vurğulanır. Məçlumatda həmçinin cinayətin açılmasında tərəfdavş dövlətlərin xidmət orqanloarının, o cümlədən ABŞ Federal Təhqiqat Bürosunun və Türkiyə Emniyyet Genel Müdirliyinin rolu olduğu bildirilir.