İranın mühafizəkar siyasətçisi Britaniyanın Tehrandakı yeni aeroportla bağlı tutduğu mövqeyə görə bu ölkə ilə diplomatik əlaqələrin kəsilməsinə çağırıb. Parlament üzvü Həmid Reza Hacıbabai bu gün Britaniyanı aeroportun adını daşıdığı İmam Xomeyniyə hörmətsizlikdə ittiham edib. London rəsmən üzr istəmədiyi təqdirdə o, Britaniya diplomatının ölkədən qovulmasına səsləyib. Lakin Britaniya səfirliyinin sözçüsünə görə, belə bir şey deyilməyib. O, deyir ki, Londonu narahat edən faktoru yeni aeroportun altından qədim irriqasiya kanallarının keçməsidir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı korrektiv ölçülərin götürüləcəyinə zəmanət verdikdən sonra, Britaniya vətəndaşlarına aerportun istifadəsilə bağlı verdiyi xəbərdarlığı qaldıracaq.