İranda yeni aeroport işini bərpa edir - 2005-04-30

Beynəlxalq aləmdə dolaşan narahatçılıqlara baxmayaraq, bu gün Tehranda bu yaxınlarda tikilmiş beynəlxalq aeroport yenidən işə düşüb. Britaniya və Kanada öz vətəndaşlarına köhnə aeroportdan istifadə etməyi tövsiya edir. Belə ki, bu hökumətlərinə rəyinə görə yeni aeroportun uçuş zolağı kifayət qədər təhlükəsiz deyil. Lakin İranın aviasiya rəsmisi bu bəyanatları rədd etmiş və bildirmişdir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı uçuşlara icazə verib. Qeyd edək ki, bir il bundan öncə aeroport İran hərbçiləri tərəfindən qəflətən bağlanmışdı. İran hökuməti aerportu idarə edən Türk-Avstriya şirkətini milli təhlükəsizliyə zərərli olmaqda ittiham etmişdi. İndən belə aeroportu İranlılar özləri işlədəcəklər. İranın yeni İmam Xomeyni aeroportu Tehrandan 45 kilometr cənubda yerləşir. Planlaşdırılır ki, bu yeni aeroport Tehranın mərkəzinə yaxın və köhnəlməkdə olan Mehrabad aeroportunu əvəzləyəcək.