Əfqanıstanda bir Amerika əsgəri öldürülüb - 2005-04-27

Əfqanıstanda iki ayrı-ayrı hücum nəticəsində bir Amerika əsgəri və 4 əfqan polisi qətlə yetirilib. Hadisələr zamanı 3 mülki vətəndaşın yaralandığı xəbər verilir. Amerika hərbiçilərinin bildirdiyinə görə, Amerika əsgəri dünən Uruzqan vilayaətində yaraqlıların atəşi nəticəsində həlak olub. Dünən yaraqlılar Helmənd vilayətində polis maşın karvanına hücum edərək, 4 polis işçisini qətlə yetirmiş, ikisini isə ələ keçirmişlər. Bütün bunlarla yanaşı, Nanqarhar vilayətində Amerika hərbiçilərinin maşın karvanı hücuma məruz qalmışdır. Hadisə zamanı ölən və ya xəsarət alan olmamışdır.