Dünya Bankının bildirdiyinə görə, malyariya xəstəliyi ilə mübarizə səyləri gücləndiriləcək. Bankın yeni qlobal strategiya və inkişaf proqramı yoxsul ölkələrə kreditlər çərçivəsində xəstəliklə mübarizəyə də vəsait ayırıb. İlkin təxminlərə görə, fondlar gələn 5 il üçün 500 milyonla 1 milyard dollar təşkil etməlidir. Bankın bildirdiyinə görə, xəstəliyin ən çox yayıldığı və mübarizəsi çətin olduğu yer Afrikadır. Orada hər il əksəriyyəti uşaq olmaqla, bir milyon insan xəstəlik səbəbi ilə vəfat edir.