Egey dənizində qarşıdurma olub - 2005-04-23

Bu gün Egey dənizinin şərq bölgəsində tükr və yunan sərhəd keşikçiləri arasında qarşıdurma olub. Hər iki tərəfin rəsmilərinin bildirdiyinə görə, insidentə iki yunan balıqçı qayığının türkcə Kardak yunanca İmia adlandırılan insan yaşamayan adaya yaxınlaşması səbəb olmuşdu. Həmin əraziyə yaxınlaşan keşikçilər arasında qarşıdurma bir neçə saatdan sonra dinc yolla həll edilmiş və hər iki tərəf eyni zamanda geri çəkilmişdi. Xatırladaq ki, Türkiyə və Yunanıstan biri-digərini Egey dənizinin su və hava sərhədlərinin pozulmasında günahlandırır. Bu yaxınlarda gələcək mübahisələrə yol verilməməsi məqsədi ilə iki hava bazası arasında birbaşa rabitə əlaqələri yaradılmışdır.