GUUAM ölkələrinin liderləri Kişinyovda görüşüblər - 2005-04-22

Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentləri Özbəkistanın da daxil olduğu GUUAM qrupunun iclasında iştirak etmişlər. Bir qrup keçmiş sovet respublikasının rəhbərinin Moldova paytaxtı Kişinyovda keçirdiyi görüşdə Avropa Birliyi ilə daha sıx əlaqələrin yaranması və diqər məsələlərin müzakirəsi yer alıb. Rəhbərlərin müzakirə etdiyi məsələlər arasında Moldovanın separatçı Dnepryanı regionunun problemi də olub. Özbəkistanın prezidenti İslam Kərimov bu görüşdə olmayıb. GUUAM ölkələrinin Kişinyov görüşündə İclasda Rumıniya prezidenti Trayan Besesku və Litva prezidenti Valdas Adamkus müşahidəçi kimi iştirak ediblər. Keçmiş bir il ərzində Ukraydana və Gürcüstanda hakimiyyətə qəlmiş rəhbərlik qərb ölkələri ilə sıx əlaqələrin yaranmasını arzulayırlar.