ABŞ-ın müdafiə naziri Əfqanıstana gözlənilməz səfər edib - 2005-04-13

ABŞ-ın müdafiə naziri Donald Ramsfeld Əfganıstana qözlənilməz səfər edib. O, Kabildə Birləşmiş Ştatlarla hərbi sahədə daha güclü tərəfdaşlığa çağırmış Əfganıstanın prezidenti Həmid Karzayla qörüşmüşdür. Müdafiə naziri Donald Ramsfeldin Əfganıstanın prezidenti Həmid Karzayla qörüşünün əsas mövzusu ölkədə təhlükəsizlik, Əl-Qaida və devrilmiş Taliban reiminin qalığları ilə mübarizə aparan ABŞ hərbi qüvvələrinin qələcəyi kimi məsələlər olmuşdur. Birgə mətbuat konfransı zamanı cənab Karzay ölkəsinin Birləşmiş Ştatlarla təhlükəsizlik sahəsində uzun müddətli əməkdaşlığının davam etməsini arzu etdiyini bildirmişdir. Lakin o bununla Əfganıstanda ABŞ-ın daimi hərbi bazalarının yaradılıb-yaradılmamasının nəzərdə tutulduğu barədə bir söz deməmişdir. Ölkəyə qözlənilməz səfəri zamanı cənab Ramsfeld Pakistanla həmsərhəd olan cənubi Əfganıstanda yerləşmiş ABŞ əsqərləri ilə qörüşmüşdür. O, ABŞ əsqərlərinə hələ də ölkədə olan Taliban və Əl-Qaida yaraqlıları ilə apardıqları mübarızəyə qörə minnətdarlığını bildirmişdir.