Prezident Buş Roma Papası üçün dua edib - 2005-04-01

Prezident Buş və birinci xanım Lora Buş dünya ölkələrində milyonlara insana qoşularaq Ağ Evdə Ropa Papası üçün dua ediblər. Bunu bildirən Ağ Evin sözçüsü Skot Makkelan deyib ki, cənab Buş Roma Papasının səhhətilə əlaqədar Ağ Evin kadrlar şöbəsinin müdiri Endi Kard və Amerika Birləşmiş Ştatlarının Vatikandakı səfirliyi tərəfindən daim məlumatlandırılır. Prezident Buş və Roma Papası İkinci İohann sonuncu dəfə keçən ilin iyun aynda Romada görüşmüşdülər. Cənab Buş mənəvi liderliyinə görə pontifə Amerikanın ən yüksək mükafatını təqdim etmişdi.