Yer kürəsinə ən çox insanlar zərər vurur - 2005-03-31

Ətraf mühit sorğularının nəticələrinə əsasən planetimizə ən böyük zərər insanlar tərəfindən vurulur. Araşdırmalar göstərib ki, yer üzünün əhalisi son 50 ildə havanın çirklənməsinə səbəb olmuş və ekoloji sistemin üçdə iki hissəsini istismarına məruz qoymuşdur. Okeanlar, meşə və düzənliklər daxil edilməklə, 24 ekoloji sistemdən 15-i əhali artımı və qlobal istiləşmənin təsirinə məruz qalıb. 1945-ci idən etibarən yer kürəsinin ərazilərinin çoxu kənd təsərrüfatı sahələrinə çevrilib. Məməlilər, quşlar və su heyvanlarının 30 faizinə qədəri köklərinin kəsilməsi təhlükəsi qarşısındadır. Ciddi ölçülər götürülməsinə baxmayaraq, gələcək ümidverici deyil. Ekspertlərin fikirincə hökumətlər nəqliyyat, kənd təsərrüfatı və ekoloji deqradasiyaya yol çan enerji sahələrinin subsidiyalarını aradan qaldırmalıdırlar.