İraq Milli Məclisi spiker seçə bilmir - 2005-03-29

İraq Milli məclisi bu gün Yanvar seçkilərindən bəri ikinci dəfə öz yığıncağını keçirmiş, lakin qanunvericilər parlament spikerini seçə bilməmişlər. Belə ki, onların arasında ciddi fikir ayrılıqları mövcuddur. Sünni deputatların öz aralarında parlamentin spikeri vəzifəsinə kimin təyin edilməsi haqda razılıq əldə edilmədiyindən, iclas öz işinə bir neçə saat gec başlayıb. 275 üzvlük parlamentin bəzi nümayəndələri bu qalmaqaldan bərk narazıdırlar. İstefaya getməkdə olan müvəqqəti baş nazir İyad Ələvi isə hirslə məclis salonunu tərk edib. Milli məclisin gələn həftə yenidən toplanacağı gözlənilir. Prezident Buş tərəfləri qarşılıqlı güzəştə səsləyib.