ABŞ dövlət katibinin Asiya səfəri davam edir - 2005-03-19

Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays 6 Asiya ölkəsinin növbəti dayanacağı olan Tokioda Pxenyanın nüvə silahları proqramı ilə bağlı altltərəfli danışqılara qayıtmasının vacibliyini vurğulayıb. Dövlət katibi Amerikanın səbrinin tükənəcəyinə də işarə edib. Amerika rəsmilərinin ən əsas siyasi çıxış kimi qiymətləndirdikləri bu çıxışından sonra dövlət katibi Rays müxbirlərə deyib ki, Şimali Koreya nüvə qabilliyəti ilə fəxr etməməlidir. Kondoliza Rays dünya ölkələrini lazımi hər bir addıma əl atıb, Şimali Koreyanı nüvə proqramının dayandırılmasına yönəldilən müzakirələr masası arxasına gətirilməsinə çağırıb. Pxenyan isə bildirir ki, Kondoliza Rays Şimali Koreyanı “tiranlığın avanpostu” adlandırmasına görə üzr istəməsə, 6 tərəfli danışqılara qayıtmaqdan söz gedə bilməz. Cari həftənin əvvvələrində Şimali Koreyanın xəbər agentliyi xanım Raysın siyasi məntiqdən uzaq olduğunu demişdir.