İraqda daha bir girov azad edilib - 2005-03-18

İsveç rəsmilərinin bildirdiyinə görə, yanvar ayında İraqda girov götürülən İraq mənşəli İsveç vətəndaşı azad edilib. Rəsmilər Minas Əl- Yusifi adlı bu şəxsin necə azad edildiyinə dair açıqlama verməyiblər. Yanvar ayının 28-də Əl-Yusifin girov götürülməsinin məsuliyyətini özünü İraqın İntiqam Briqadası adlandıran qrup üzərinə almışdı. Girovda olduğu müddət ərzində onun azad edilməsinə yardım çağırışı ilə iki video-kaseti yayımlanmışdı. Həyatının 20 ilini İsveçdə yaşayan Əl-Yusifi İraqa Xristian Demokrat Partiyasına sədrlik etmək üçün qayıtmışdı.