Qırğızıstanın cənub Oş şəhərində yüzlərlə müxalifət tərəfdarı hökumət binasını ələ keçirib. Polisin bildirdiyinə görə, 400-ə yaxın adamın binaya hücumu zamanı 5 polis zabiti xəsarət alıb. Bu aksiya prezident Əsgər Akayevə qarşı etiraz aksiyalarının davamıdır. Müxalifət bu yaxınlarda keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edərək, seçkilərin ədalətdən uzaq və hökumət tərəfdarı namizədlərin xeyrinə olduğunu deyir. Qərb müşahidəçiləri də həmçinin, seçkilərin pozuntularla müşaiyət edildiyini bildirirlər. Aksiya iştirakçıları seçkilərin yenidən keçirilməsi, prezident Akayevin istefasını tələb edirlər.