Fələstinin Həmas qrupu siyasi səhnədə iri qüvvəyə çevrilir - 2005-03-13

Militant Həmas qrupunun yüzlərlə tələbə tərəfdarı hakim Fatah partiyasını təmsil edən Fələstin lideri Mahmud Abbasın tərəfdarları ilə toqquşmuşlar. Şahidlərin dediyinə görə savaş bir neçə yüz Fatah tərəfdarları Həmasın keçirdiyi nümayiş zamanı fərqli şüarlar qışqırdıqdan sonra başlanmışdır. Hadisə baş verən zaman Qərb Sahilində yerləşən Hebron Universitetində Həmas üzvləri tələbə şurası seçkiləri ilə bağlı iri nümayiş keçirirdilər. Xəstəxana rəsmilərinin bildirdiyinə görə dalaşma nəticəsində 8 adam yaralanıb. Xatırladaq ki, dünən seçkilərə baykot siyasətinə son qoymuş Həmas getdikcə Fələstin siyasi səhnəsində iri qüvvəyə çevrilməkdədir.