Bağdadın cənubunda qətlə yetirilmiş cəsədlər aşkar edilib - 2005-03-09

İraqın rəsmiləri 41 nəfərin cəsədinin aşkar edildiyini bildirib. Aşkar edilən cəsədlərin yaraqlılar tərəfindən öldürüldüklərinə inanılır. Rəsmilərin dediyinə görə, dünən 15 kişi və qadının cəsədi Bağdadın cənubunda tapılıb. Bu gün isə mülki paltarda olan azı 26 nəfərin cəsədini Suriya sərhəddinin yaxınlığında, sakinləri sünni olan Qaim şəhərinin ətrafında aşkar ediblər. Onların bəzilərini edam edilmiş, bəzilərinin başları kəsilmişdir. Bu arada bir intiharçı sürüçü Kənd Təsərrüfatı Nazirliyinin parkında maşınını partlatmışdır. Nəticədə azı 2 nəfər həlak olmuş, 20 nəfər də yaralanmışdır. Polis bildirir ki, silahlı şəxlər Kənd Təsərrüfatı Nazirliyinin binasını qoruyanları atəşə tutarkən intiharçı sürüçü maşınını binaya tərəf sürmüşdür. Bağdaddın digər bir bölgəsində yolun kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində bir Amerika əsgəri həlak olmuş, biri də yaralanmışdır. Bəsrədə isə yolun kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsinsdə bir İraq polisi həlak olub. Bu arada 4 aydan bəri filippinli Robert Taronqonu girov saxlayan yaraqlılar bildiriblər ki, əgər Filippin hökuiməti Amerika ilə əməkdaşlıq etsə və hərbi qüvvələrini İraqdan çıxarmasa onlar girov saxladıqları filippinlini öldürəcəklər. Filipinin Xarici İşlər Nazirfi Alberto Romulo deyir ki, onun hökuməti İraqdakı Birləşmiş Ştatların hərbi qüvvələrini dəstəkləmir.