«Monitior» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən yeddi gün keçir. Bu gün yüzlərlə insan Elmar Hüseynovu yad etmək üçün onun qəbrini ziyarət edib. Elmar Hüseynovun qəbri üzərində jurnalistlərin bu günə təyin edilmiş etiraz aksiyasının bəyanatı da oxunub. Bəyanatda bildirilir ki, jurnalistin qətli hakimiyyətin vətəndaşlarına, o cümlədən mətbuata qarşı münasibətinin nəticəsi kimi qiymətləndirilir. Elmar Hüseynovun qətli ilə bağlı yaradılmış istintaq qrupu isə hələ ciddi irəliləyişə nail ola bilməyib. İstintaq qrupru bu ilin fevralında Elmarla görüş təyin etmiş, sonradan görüşə gəlməmiş Vüsal adlı şəxsin fotorobotunu tərtib edib və onu axtarır. Bu barədə «Amerikanın səsi» radiosuna Respublika Prokurorluğunun əməkdaşı Eldar Məcidov bildirib. Elmarın həyat yoldaşı Rövşanə xanım isə bir qədər fərqli düşünür. Onun fikrincə, Baş Prokurorun birinci müavini Ramiz Rizayevin Elmaprın qətlinldən öncə onun yaşadığı binanın qarşısında və blokda işıqların söndürülməməsi, telefonun kəsilməməsi barədə bəyanatları düzgün deyil. «Mən sizə rəsmi deyirəm. Elmar qətlə yetirilən zaman mən evdə olmuşam. Binanın həyətində prjektorlar, binanın birinci mərtəbəsində işıqnlar söndürülmüşdü. Elmar bloka daxil olanda heç bir yerdə işıq yox idi. Onun gəlişindən 30 dəqiqə əvvəl mən baxmışdım və düşünmüşdüm ki, niyə heç yerdə işıq yoxdur. Telefonumuz da işləmirdi». Sitatın sonu Rövşəna xanım həyat yoldaşının qətlində kimdən şübhələnməsi ilə bağlı sualın cavabında bildirib ki, Elmar Hüseynov hakimiyyəti tənqid edirdi. «Hesab edirəm ki, Elmar həmişə hökuməti və məmurları tənqid edib. Mən onalradn şübhələnirəm. Bu onların əlidir. Onların gülləsi Elmara qaranlıq blokda dəydi. Hansı ki, hər yerdə işıqları sönqdümüşdülər. Yalnız onlar belə çirkin yollarla azad sözü susdurmağı düşünərlər». Sitatın sonu Bu həftənin sonunda Monitor jurnalının Elmarın xatirəsinə həsr olunmuş nömrəsi çap olunacaq. Elmarın yaxın dostu Eynulla Fətullayevin dediyinə görə, bundan sonra Monitor başqa adla nəşr olunacaq. «Bu həftə Monitorun rekvyem nömrəsi çap olunacaq. Biz jurnalın qapandığını elan etmişik. Ancaq on gündən sonra Monitorun dəst xəttini daha kəskin davam etdirəcək başqa jurnalın nəşrini elan edəcəyik»-deyə o qeyd edib. Jurnalistlər isə Elmar Hüseynovun qətli açılanadək etiraz aksyalarını davam etdirmək fikrindədəir.