İran və bir neçə Avropa ölkəsinin müzakirəçiləri Cenevrədə görüş keçirib, Tehranın nüvə nüvə proqramı ilə yaranmış mübahisələri həll etməyə çalışır. Uranın zənginləşdirilməsinə haqqı olduğunu bildirən İranın bundan enerji və nüvə silahları siethsalında istifadə edə biləcəyindən ehtiyat edilir. Britaniya, Fransa və Almaniya İranın bu fəaliyyətlərini müvəqqəti olaraq dayandırmasını tələb edirlər. İran rəsmiləri isə bununla heç vaxt razılaşmayacaqlarını bildiriblər. Qeyd edək ki, gizli qapılar arxasında keçirilən bu görüş cümə axşamı gününədək davam etməlidir.