Səudiyyə Ərəbistanının şərqində şiələr əksəriyyət səs toplayıb - 2005-03-05

Səudiyyə Ərəbistanının şərqindəki zəngin neft vilayətinin kiçik şəhərlərində keçirilən bələdiyyə seçkilərinin ikinci turunda əyalətdəki şiələrin namizədləri əksəriyyət səs əldə edib. Seçki komissiyası cümə axşamı keçirilən seçkilərin nəticələrini bu gün açıqlayıb. Açıqlamada bildirilib ki, şiələr Əl-Qatif və Əl-Həsa rayonlarının bələdiyyə seçkilərində əksəriyyət əldə ediblər. Sünnilər isə Dammam, Dəhran və Xobar kimi böyük şəhər bələdiyyə seçkilərində əksəriyyət qazanıblar. Ölkə əhalisinin 10 faizini təşkil edən şiələr əsasən Səudiyyə Ərəbistanının şərq vilayətlərində yaşayır.