Gürcüstan prezidenti Moldovadadır - 2005-03-02

Gürcüstan prezidenti Mixail Saakaşvili qarşılıqlı əlaqələrin inkiaşfı məqsədi ilə Moldovadadır. M.Saakaşvilinin moldovalı həmkarı Valdimir Voroninlə görüşü Moldovanın parlament seçkilərindən 4 gün əvvələ təsadüf edir. İnterfaks xəbər agentliyi Gürcüstan prezidentinin sözçüsünə istinadən bildirir ki, cənab Saakaşvili Moldova xalqı ilə həmrəy olduğunu, lakin heç bir siyasi partiyanın namizədinə dəstək verməyəcəyini bildirməlidir. Dünən Moldovanın dövlət başçısı Ukrayna prezidenti Viktor Yuşenko ilə görüşmüşdü. Bütün bunlarla yanaşı, NATO-nun Brüssel yığıncağında Gürcüstan alyans qüvvələrinin ərazilərindən keçməsinə yol verən razılığa imza atmalıdır.