Tacikistanda səslər hələ hesablanmayıb - 2005-02-28

Tacikistanda parlamentin aşağı palatası uğrunda yarışlar başa çatıb. Lakin güclü qar səbəbi ilə səslərin hesablanması baş tutmayıb. Tacikistanın müxalifət nümayəndələri seçkilər zamanı ciddi pozuntulara yol verildiyini deyirlər. Tacikistan seçkilərini müşahidə edən ATƏT nümayəndəsi Piter İçer də həmçinin seçkilərin demokratik standartlara uyğun olmadığı və genişmiqyaslı pozuntularla müşaiyət edildiyini bildirib.