Prezident Buş indi Birləşmiş Ştatlar və Avropanın fikir ayırılıqlarını kənara qoyub, Trans-atlantik ölkələrin yeni münasibətlər erasına başlamaq vaxtı olduğunu bildirir. Prezident ikinci dönəm vəzifəyə seçilməsində sonra ilk xarici səfəri zamanı Avropa ölkələri rəhbərlərinə müraciət edib. Yeni əməkdaşlıq məsələsi cənab Buşun NATO və Avropa Birliyinin yerləşdiyi Brüsseldə etdiyi çıxışın əsas mövzusu olmuşdu. Ağ Ev tərəfindən bu çıxış Avropa xalqlarına müraciət kimi qiymətləndirilir. ABŞ prezidenti deyib ki, Birləşmiş Ştatlar və Avropa ciyin-ciyinə dayanmalıdır. Prezident Buş bildirib ki, mübahisələr arxada qalır və Amerika qüclü Avropa ilə birlikdə, Yaxın Şərqdə sülhə nail ounması ilə başlamaqla, böyük nailiyyəltə uğrunda işləmək istəyir.