Ukrayna prezidenti Viktor Yuşenko Rusiyanın müxalif liberal nümayəndəsi Boris Nemtsovu müşavir təyin edib. Nemtsov Rusiya ilə əlaqələrin yaxşılaşdırılması və Rusiya sərmayəsinin Ukraynaya cəlb edilməsi ilə məşğul olacaq. 45 yaşlı sabiq baş nazir müavini Boris Nemtsov prezident seçkiləri zamanı Viktor Yuşenkoya böyük dəstək verən rus nümayəndəsi idi. İTAR-TASS cənab Nemtsova istinadən xəbər verir ki, o, Rusiya vətəndaşlığını saxlamaq və Moskvada yaşamağa davam etməklə vəzifəsini icra edəcək.