Tbilisidə partlayış olub - 2005-02-12

Gürcüstanın paytaxtı Tbilisidə Amerika səfirliyinin bir işçisinin evi qarşısında partlayıcı qurğunun işə düşdüyü xəbər verilir. Gürcüstan rəsmiləri dünən gecə baş verən hadisənin araşdırıldığını bildirirlər. Mətbuat xəbərlərində deyilir ki, partlayış 3 gənc oğlanın bina qarşısından keçərkən nə isə həyətə atmalarından sonra baş verib. Səfrilik işçisinin kimliyi açıqlanmır. Amerikanın Gürcüstandakı səfirliyi hadisəyə münasibət bildirməyib.