Hindistanlı foto-müxbir mükafata layiq görüldü - 2005-02-11

Hindistanlı foto-müxbir Arko Datta Asiyanın sunami faciəsində ailə üzvünü itirmiş qadının şəklinə görə Ümumdünya Mətbuat Foto mükafatına layiq görülüb. Röyterin foro-müxbirinin çəkdiyi şəkildə qum üzərində uzanmış, əllərini səmaya qaldırmış qadın göstərilir. Qadının həlak olmuş qohumunun əli isə onun yaxınlığında çəkilib. Bu foto-şəkil 123 ölkənin peşəkar fotoqraflarının 70 000 şəkli arasında yer alır. Arko Datta 13 000 dollarla bərabər mükafatını aprel ayında Amsterdam şəhərində təşkil ediləcək təqdimat mərasimində alacaq.