Şahzadə terrorizmə qarşı beynəlxalq mərkəzin yaradılmasına çağırır - 2005-02-05

Səudiyyə Ərəbistanının tac şahzadəsi terrorçuluğa qarşı mübarizə aparmaq məqsədilə beynəlxalq mərkəzin yaradılmasına çağırıb. Şahzadə Abdulla bu bəyanatı bu gün anti-terrorizmə həsr olunmuş konfrasın başlanğıcında verib. Səudiyyə Ərəbistanının de-fakto hökmdarı olan Abdullanın dediyinə görə belə bir mərkəz rəsmilərə və mütəxəssislərə terror hücumlarının qarşısını almaqda öz səylərini əlaqələndirməyə imkan verər. O, həmçinin 50 ölkəni və beynəlxalq təşkilatları təmsil edən nümayəndələrə söyləyib ki, dünya ictimaiyyəti silah qaçaqmalçılığına və müftəxorluğa qarşı mübarizə aparmadan terrorun qarşısını ala bilməz. Qeyd edək ki, hərçənd Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlarla terrora qarşı mübarizə sahəsində əməkdaşlıq edir, qərbdə bir çoxları bu ölkəni terrorçuluq ixrac etməkdə günahlandırır.