Suriya Rusiyadan silah aldığını inkar edir - 2005-01-24

Suriya prezidenti Bəşşar Əl-Əsəd Dəməşqin Rusiyadan raketlər aldığına dair şaiyələri rədd edib. Rusiya mətbuatında bu gün cənab Əl- Əssədə istinadən xəbər verilib ki, Rusiyanın müdafiə naziri Sergey İvanov da həmçinin, belə bir razılığın mövcud olmadığını bildirib. Suriya lideri bu bəyanatı Rusiya prezidenti Valdimir Putinlə danışıqlar məqsədi ilə Moskvaya yola düşməzdən əvvəl verib.