Sunami təsirinə məruz qalan ölkələrin borcları dondurulur - 2005-01-12

Bu gün donor ölkələr Paris və Çenevrədə yığıncaq keçirib, sunami təsirinə məruz qaln ölkələrə maliyyə yardımı göstərilməsi ölçülərini müzakirə edirlər. Fransanın maliyyə naziri Herv Geymartın bildirdiyinə görə, Paris klubunun 19 kreditoru bu ölkələrin borclarını donduracaq. Böyük Yeddilər isə artıq borcların dondurulması ilə bağlı razılıq əldə edib. İndiyədək donor ölkələrin 700 milyonluq yardımı beynəxlaq aləmin təbii fəlakətə misli görünməmiş cavabı hesab edilir.