Genlər zərərli adətlərdən əl çıkilməsinə yardım edəcək - 2005-01-10

Siçan genləri üzərində aparılan araşdırmalardan məlum olub ki, genlər spirtli içkiləri atmaq istəyənlərin reaksiyasına nəzarət edə bilər. Axşamlar dostlarla bərabər vaxt keçirib, bir neçə qədəh içki içmək hamıya xoş gəlir. Lakin alimlər müəyyən etmişlər ki, tez-tez və çox icənlərin beyni alkoqol və ya etanolun təsirinə adət edir. Bu proses zamanı daimi icənlərin beyin hüceyrələri reseptor adlanan molekullar yaradır. Bu faktor içkini atmaq istəyənlərin vəziyyətini çətinləşdirir. Alkoqolun təsirlərini araşpdırarn Rokfeller universitetinin alimləri prosesə nəzarət edə biləcək geni aşkar etdiklərini deyirlər. Spitli içkilər qəbul edilərkən yaranan reseptorlar bu genlər vasitəsi ilə nəzarət altına alınacaq. Reseptorların yaranması prosesinin dayandırlmasına İfenprodil adlı preparat yardım edəcək. Hələ ki, alimlərin bu nailiyyəti yalnız siçanlar üzərində reallaşıb. İnsanların İfenprodildən istifadə etməsi yaxın gələcəkdə planlaşdırılmır. Belə ki, alimlər hazırda alkoqolun beynə təsirləri ilə bağlı araşdırmalarını davam etdirirlər.