Təbii fəlakət qurbanlarının sayı artır - 2005-01-04

Keçən həftə sunami fəlakəti səbəbi ilə ölənlərin sayı artmaqdadır. Belə ki, hazırda 145 000 olan bu ədədin artacağı gözlənilir. İndoneziya tələfatın ən böyük göstəricisinə malikdir. İndoneziyada 94, Şri-lankada 30, Hindistanda 15, Tailandda isə 5 mindən artıq adamın həlak olduğu rəsmən elan edilib. Beynəlxlaq təşkilatlar fəlakətin qurbanlarına yardımlarını davam etdirirlər. Regionda 5 milyondan artıq insan təmiz su qıtlığı səbəbi ilə vəba kimi öldürücü xəstəliklər riski qarşısındadır. BMT fəlakət nəticəsində xəsarət alan 500 000-dən çox insanın müalicəyə ehtiyacı olduğunu bildirir.