Ukraynanın Mərkəzi Seçki Komissiyasının sədri Yaroslav Davidoviç bildirib ki, təkrar prezident seçkilərinin nəticələrinin rəsmən təsdiqlənməsi sonuncu mərhələsindədir. MSK-nın sədrinin bildirdiyinə görə, Viktor Yuşenkonun Ukraynanın yeni prezidenti elan edilməsi üçün bəzi formallıqlar qalmaqdadır. Ukraynanın müstəqil tele-kanalı “Kanal-5”ə müsahibəsi zamanı cənab Davidoviç komissiyanın hazırda əllə yazılmış bülletenləri hesabladığını və bunun son hesablanma olduğunu deyib. MSK-nın sədri deyib ki, hesablamaların son nəticələri ilkin nəticələrlə eyni olacaq. Xatırladaq ki, ilkin nəticələrə görə, Viktor Yuşenko rəqibi Viktor Yanukoviçə 11 faiz səs çoxluğu ilə qələbə çalmışdı. Cənab Davidviç səsvermə zamanı ciddi pozuntulara yol veridliyinə dair heç sübutun aşkarlanmadığını da demişdir. Cənab Yuşenko isə ailəsi ilə bərabət Gürcüstan prezidenti Mixail Saakaşvili və onun həyat yoldaşı ilə Qərbi Ukraynada yeni il və pravoslavların milad bayramı tətillərini davam etdirilər.