Yəhudi sakinlər Qəzza zolağını tərk etmək istəmirlər - 2005-01-03

Yüzlərlə yəhudi məntəqəsinin sakinləri bu gün İordan çayının qərb sahilində İsrail əsgərləri ilə toqquşublar. İsrail rəsmilərinin deiyinə görə hadisə nəticəsində 15 nəfər həbs edilib. Toqquşmalar məntəqə ağsaqqallarının hökumətin Qəzza zolağını tərk etməsi haqda qərarına etiraz etməsindən bir neçə saat sonra baş verib. Rəy soğuları göstərir ki, İsraillilərin əksəriyyəti məntəqələrin Qəzza zolağından yığışdırılmasını dəstəkləyir.