TURAN İnformasiya Agentliyinin siyasi məsələlər üzrə eksperti Zəfər Quliyev 2004-cü ilin siyasi yekunları barədə  - 2004-12-27

TURAN İnformasiya Agentilyinin eksperti Zəfər Quliyev 2004-cü ili siyasi islahatlar sahəsində itirlmiş il adlandırır. Onun fkirincə, ölkəni siyasi və iqtisadi durğunluqdan qurtarmaq lazımdır. Ekspert ümid edir ki, gələn il keçiriləcək parlament seçkiləri siyasi fəallaşmaya səbəb ola bilər. Cənab Quliyev eyni zamanda ölkə müxalifətinin siyasi durumunu zəif kimi qiymətləndirir. O hesab edir ki, 2005-ci ildə də iqtidarla müxalifət arasında dialoq mümkün olmayacaq.