Təhlükəsizlik islahatları ilə bağlı qanun imzalandı - 2004-12-17

Bu gün prezident Buş ABŞ-ın təhlükəsizlik sahəsində köklü dəyişiklərə gətirəcək tarixi bir ganun imzalamışdır. Bu gün təhlükəsizlik islahatları və terrordan müdafiə aktına imza atmazdan əvvəl prezident Buş bu ganunu son 50 il ərzində ABŞ-ın təhlükəsizlik sahəsində ən əhəmiyyətli sənəd adlandırıb. Fəaliyyət göstərən 15 təhlükəsizlik agentliyi arasında əməkdaşlıq və məlumatların mübadiləsinin yaxşılaşdırılması, Terrorla Mübarizə Mərkəzi və Mərkəzi Kəşfiyyat Agentliyi daxil olmaqla, bütün təhlükəsizlik agentliklərinin işinə nəzarət edəcək təhlükəsizlik məsələləri üzrə müdir vəzifəsinin yaradılması qarşıya məqsəd qoyulub. Sənəd Birləşmiş Ştatlara garşı 2001-ci il sentyabrın 11-i terror aksiyalarını araşdıran müstəqil komissiyanın tövsiyələrinə əsasən hazırlanmışdır.